Qatlana bilən qapaqlı Motorola barədə YENİ XƏBƏR
31 may 2023 10:16 (UTC +04:00)

Qatlana bilən qapaqlı Motorola barədə YENİ XƏBƏR

 Təqdimata az müddət qalmış qatlana bilən qapaqlı yeni Motorola RAZR 40 smartfonunun Geekbench testlərindən keçdiyi məlum olub.

Lent.az məlumat verir ki, Geekbench məlumatlarına əsasən smartfon Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən Motorola RAZR 40-ın 12 GB RAM-a sahib versiyası keçib. Beləliklə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1019 xal, çox nüvəli testi çərçivəsində isə 2545 xal toplayıb. Geekbench-də smartfon barəsində digər məlumatlar olmasa da, gözləntilərə əsasən Motorola RAZR 40 Ultra kimi adi Motorola RAZR 40 modeli də xarici ekran ilə təchiz olunacaq. Lakin adi modeldə xarici ekranın kiçik ölçüdə olacağı güman edilir. Qeyd etmək lazımdır ki, Motorola RAZR 40 smartfon seriyası 1 iyun tarixində təqdim ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2502
avatar

Oxşar yazılar