“PlayStation 5”in   əsas özəlliyi – Oyunları yükləmədən oynamaq olacaq
17 oktyabr 2023 14:18 (UTC +04:00)

“PlayStation 5”in əsas özəlliyi – Oyunları yükləmədən oynamaq olacaq

“Playstation”un son versiyası olan “PS5”in əsas xüsusiyyəti açıqlanıb. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, “PS5”in istifadəçiləri oyunları konsolda yükləmədən və quraşdırmadan oynaya biləcəklər. 

“Sony” rəsmi olaraq bildirib ki,  “PlayStation 5 Plus”un Premium abunəçiləri konsola fayl yükləmədən 720p-dən 4K-a qədər təsvir ölçüsündə yüzlərlə oyundan istifadə edə biləcəklər. 

Oyunun konsola yüklənməsini gözləmək və ya yeni oyun üçün kifayət qədər boş yerin olması istifadəçilər üçün problem yaradırdı. Bunun üçün SSD-də yer boşaltmaq lazım gəlirdi.

Konsulda dəstəklənəcək oyunlar arasında “Miles Morales”, “Horizon Forbidden West”, “Ghost of Tsushima”, “God of War Ragnarök”, “Mortal Kombat 11”, “Resident Evil 4”, “Dead Island 2”, “Genshin Impact”, “Fall Guys” və “Fortnite2 var. 

Məlumata görə sözügedən xüsusiyyət oktyabrın 17-dən 30-dək “PS Plus” Premium abunəçilərində aktivləşməyə başlayacaq. İlkin olaraq, o, 30-dan çox ölkədə mövcud olacaq.

# 4131
avatar

Sevinc Fərid

Oxşar yazılar