Alimlər pişiklərin niyə insanlara diqqətlə baxdığını araşdırıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, pişiklərin belə davranmasının bir neçə səbəbi var.
Pişiklər üçün bir insanın üzünə yaxından baxmaq tamamilə normal və təbii bir davranışdır. Bu, onların hisslərini ifadə etmə və bizimlə ünsiyyət qurma üsullarından biridir.
Pişiklərin üz ifadələri insanlardan fərqlidir və həmişə asanlıqla fərqləndirilə bilməz. İnsanlar pişikləri anlamaqda çox vaxt səhv edir. Onların emosiyalarını daha yaxşı başa düşmək üçün daha diqqətli və müşahidəçi olmalıyıq.