ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) “Nintendo Switch” oyun konsolundan istifadə edərək 15 yaşlı qızı qaçıran manyak 28 yaşlı Ethan Robertsi yaxalaya bilib.
Lent.az-ın xəbərinə görə, bu barədə ABC15 telekanalı məlumat yayıb.
Azyaşlı 2022-ci ildə cinayətkarın qıza “Switch”i özü ilə aparmasına icazə verdiyi üçün tapılıb. Qurğunun internetə çıxışı var idi ki, bu da yeri tapmağa imkan verirdi.