Niyə yayda avtomobilinizdə qızdırıcını yandırmalısınız:  mühərriki xilas edəcək  məsləhət
01 avqust 2025 11:33 (UTC +04:00)

Niyə yayda avtomobilinizdə qızdırıcını yandırmalısınız: mühərriki xilas edəcək məsləhət

Yay istisində avtomobillərin mühərriki tez-tez qızır xüsusilə tıxaclarda və ya dayanmaq mümkün olmayan uzun yollarda.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ancaq az adam bilir ki, qızmar havada belə avtomobilin sobası (peç) faydalı ola bilər.

Mühərrik qızırsa – kondisioneri söndürün, sobanı yandırın

Əgər mühərrik temperaturu sürətlə yüksəlirsə, lakin dərhal dayanmaq mümkün deyilsə, təcrübəli mexaniklər aşağıdakı sadə üsulu məsləhət görürlər:

Kondisioneri söndürün

Sobanı maksimum rejimə qoşun

Bu, mühərrikin həddindən artıq qızmasının qarşısını almağa kömək edə bilər.

Necə işləyir?

MyCarRecovery London servisindən mexanik Tom Rayli bu mexanizmi belə izah edir:

“Avtomobil sobası ikinci radiator kimi işləyir o, kapot altından isti havanı çəkərək salonun içərisinə buraxır".

Yəni, soba mühərrikdən bir qədər istiliyi öz üzərinə çəkir, bu da soyutma sisteminin yükünü azaldır və mühərrikə əlavə “nəfəs” verir.

Bu üsul hansı hallarda effektivdir?

Nationwide və Elite Auto Experts mütəxəssisləri təsdiqləyirlər ki:

Bu üsul, mühərrik qaynamağa az qalmışkən,

və yolda dayanmaq imkanı yoxdursa,

temperaturu az da olsa azaltmağa kömək edir.

Sürətli hava üfürülməsi mühərrikin içindəki istiliyi salona yönəldir və temperaturu qəbul edilən səviyyəyə endirə bilir.

Diqqət! Bu üsul yalnız fövqəladə hallar üçündür

Ekspertlər xəbərdarlıq edir ki:

Bu üsul müvəqqəti həll üçündür

İmkan yaranan kimi dərhal dayanmaq,

Mühərriki azı 15 dəqiqə soyutmaq,

və soyuducu mayenin səviyyəsini yoxlamaq vacibdir

Bu sadə, lakin səmərəli üsul bəzi hallarda avtomobil mühərrikini sıradan çıxmaqdan xilas edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 872

Oxşar yazılar