“Meta” şirkəti Avropa İttifaqı tərəfindən rekord məbləğdə cərimlənib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb “Facebook”un ana şirkəti olan “Meta”ya məlumat ötürülməsi olub.
Buna görə, Aİ 1,2 milyard avro cərimə kəsib. “Meta” Avropa İttifaqının məlumatların mühafizəsi qaydalarını pozduğu üçün Avropadakı “Facebook” istifadəçilərindən toplanan məlumatların ABŞ-a ötürülməsini dayandırmaq əmri verib.
Elan edilən qərar yalnız “Facebook” üçün keçərlidir. “Meta”nın sahib olduğu “İnstagram” və “WhatsApp” üçün deyil.
Məsələ ilə bağlı “Meta” bildirib ki, qərarla bağlı apellyasiyaya şikayət verəcək və “Facebook”un Avropa İttifaqında xidmətində fasilə olmayacaq.