Maşında isti havada  yanacaq sərfiyyatının  azaltmağın yolu
24 iyul 2023 13:43 (UTC +04:00)

Maşında isti havada yanacaq sərfiyyatının azaltmağın yolu

Bəzən avtomobilin salonundakı havanı soyutmaq çətin olur. İsti havlarda bir çox sürücü yanacaq sərfiyyatının ciddi artmasına səbəb olan bir hərəkət edir. Söhbət kondisioneri işə salmaqdan gedir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, kondisionerin işləməsi avtomobildəki benzin istehlakını 10 faizə qədər və ya daha çox artırır.

Çalışın kondisionerə xüsusi ehtiyac olmadığı təqdirdə onu işə salmayın. Bəzən avtomobil sürməzdən əvvəl sadəcə salonun havalandırılması kifayətdir. Bunu etmək üçün, bir-birinə qarşı və ya diaqonal olaraq yerləşən qapıları açmaq lazımdır. Qapılardan birini bir neçə dəfə açmaq və bağlamaq kifayətdir. Nəticədə təmiz hava avtomobilin salonuna daxil olacaq və isti hava xaric olunacaq.

Beləliklə, soyutma qurğusunu işə salmadan yanacağa təxminən 10% qənaət etmək mümkün olacaq.

Ancaq avtomobili sürən zaman pəncərələri açmamalısınız. Çünki bu yanaşma avtomobilin aerodinamikasının pozulmasına gətirib çıxarır. Nəticədə, yanacaq sərfiyyatı kondisioner işlədiyi vaxtdan daha çox olur.

Mütəxəssislər xəbərdarlıq edir ki, çöldə hava həddindən artıq istidirsə və avtomobilin içərisi ultra havasızdırsa, cihaz işə salınmalıdır. Belə bir vəziyyətdə ventilyasiya kömək etməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4125
avatar

Sevinc Fərid

Oxşar yazılar