Kosmik tullantılar orbitdəki köhnə sovet peykini məhv etdi
31 avqust 2023 16:29 (UTC +04:00)

Kosmik tullantılar orbitdəki köhnə sovet peykini məhv etdi

Kosmos seriyasından olan köhnə sovet peyki Yerdən 1400 km yüksəklikdə kosmik tullantılarla toqquşma nəticəsində çöküb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə NASA-nın Çandra rəsədxanasının əməkdaşı, astrofizik Conatan Makdauell X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Ekspertin sözlərinə görə, hadisə nəticəsində 1991-ci ildə buraxılan "Kosmos-2143" və ya "Kosmos-2145" qurğuları sıradan çıxıb. Toqquşma kosmik tullantıların mövcud kosmik texnologiyaya yaratdığı təhlükənin sübutudur.

Alim xatırladıb ki, kosmik dağıntıların kiçik hissəcikləri xüsusi təhlükə yaradır. Çünki onları aşkar etmək mümkün deyil və peyk operatorlarını ehtimal olunan toqquşma barədə xəbərdar edir.

Avropa Kosmik Agentliyinin (ESA) məlumatına görə, Yer kürəsinin orbitində diametri 10 sm-dən böyük olan 34500-dən çox kosmik tullantı var. Bu ölçüdə olan obyektlər yerüstü radarlar tərəfindən qeydə alınır. Onlara əlavə olaraq, Yerə yaxın kosmosda 140 milyondan çox kiçik fraqmentlər qalır.

# 3774
avatar

Xədicə SƏXAVƏT

Oxşar yazılar