“iPhone”nun bu modellərinin qiyməti artır?
28 aprel 2023 15:18 (UTC +04:00)

“iPhone”nun bu modellərinin qiyməti artır?

Apple şirkətinin bu il təqdim edəcəyi iPhone 15 smartfon seriyasına daxil olacaq iPhone 15 Pro modellərinin A17 Bionic prosessoru ilə təchiz olunacaqları gözlənilir.

Len.az xarici KİV-ə istinadən bildirir ki, bu prosessor TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq və bu səbəbdən də bu il iPhone 15 Pro modellərinin satış qiymətlərində artım ola bilər. İnsayderlər bildiriblər ki, TSMC şirkəti prosessorların 3 nanometrlik texnoloji prosesi əsasında istehsalı məsələsində müəyyən problemlər ilə qarşılaşıb.

 Nəticədə Apple üçün A17 Bionic-in qiyməti 20% daha baha ola bilər. Bu isə öz növbəsində iPhone 15 Pro modellərinin satış qiymətlərinə təsir göstərəcək. Adi iPhone 15 ilə iPhone 15 Plus-ın A16 Bionic prosessoru vasitəsilə çalışacaqları gözlənilir. Lakin A16 Bionic-in də maya dəyəri yüksələcək və yüksəliş 12% təşkil edəcək. Əgər bu məlumatlar doğrudursa, deməli iPhone 15-in qiyməti 896$-dan, iPhone 15 Pro-nun qiyməti isə 1200$-dan start götürəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2508

Oxşar yazılar

Paltaryuyan maşını pis qoxudan  və kifdən necə xilas etməli?

Paltaryuyan maşını pis qoxudan və kifdən necə xilas etməli?

5 may 2025 , 14:53
Smartfon çantada niyə qızır: SƏBƏB

Smartfon çantada niyə qızır: SƏBƏB

5 may 2025 , 12:52
Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48