“iPhone”a  bu proqramları   yükləmək təhlükəlidir
08 may 2023 17:04 (UTC +04:00)

“iPhone”a bu proqramları yükləmək təhlükəlidir

Bəzi proqramlar “iPhone” telefonlarına yükləmək zərərlidir. 

Lent.az  xəbər verir ki, belə təhlükəli proqramlar istifadəçi məlumatlarını oğurlaya bilər. 

Hətta bu mövcud proqramları sayı çox artıb. Buna görə çalışıb istifadəçilər tətbiqləri yükləməzdən əvvəl araşdırmalıdır. 

İstifadəçilər təhlükəsiz olmayan “Wi-Fi” şəbəkələrinə qoşulmağa imkan verən proqramlar, eləcə də təsdiqlənməmiş, qeyri-rəsmi və kriptovalyuta proqramları məlumatlar və təhlükəsizlik baxımından yüksək dərəcədə risk yarada bilər.

Mütəxəssislər bildirir ki, “App Store”da olmayan və ya “Apple” tərəfindən təsdiqlənməmiş proqramları yükləməməyi tövsiyə edir. Çünki bu tətbiqlər telefonunuza ciddi şəkildə ziyan vura bilər. 

Bəzi kriptovalyuta proqramları rəqəmsal valyutaları idarə etmək üçün faydalı olsa belə, digərləri fırıldaqçılar tərəfindən idarə oluna və ya istifadəçilərin investisiyalarını riskə ata bilər. Ona görə də onu yükləməzdən əvvəl onu diqqətli şəkildə araşdırmaq lazımdır. 

Bunlarla yanaşı, kiber zorakılıq və ya digər zərərli fəaliyyətlər üçün istifadə edilə bilən anonim mesajlaşma proqramlarından istifadə etməmək barədə xəbərdarlıq edilir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3006
avatar

Sevinc Fərid

Oxşar yazılar