“iPhone 15”in   QİYMƏTLƏRİ
27 iyul 2023 16:26 (UTC +04:00)

“iPhone 15”in QİYMƏTLƏRİ

“Apple” şirkətinə məxsus “iPhone 15” seriyalı smartfonların qiymətləri məlum olub.

Lent.az xəbər verir ki, ötən illərlə nisbətən bu il yeni modellərin qiymətləri bahalaşıb.

“iPhone 15 Pro” 1099 dollar, “15 Pro Max” 1299 dollar qiymətində olacaq. Müqayisə üçün qeyd edək ki, iPhone 14 Pro və 14 Pro Max 999 və 1099 dollara satılıb.

Mütəxəssislər vurğulayıb ki, xəttin əsas cihazlarının qiyməti “iPhone 14” və “14 Plus” ilə müqayisədə dəyişməz qalacaq. Bu halda “iPhone 15” və “15 Plus”ın qiyməti müvafiq olaraq 799 və 899 dollar olacaq.

Analitikin hesabatında deyilir ki, premium-qadcetlərin yüksək qiyməti yeni bahalı korpus materialları, təkmil prosessor və yenilənmiş kameranın olması ilə bağlıdır.

# 55269
avatar

Sevinc Fərid

Oxşar yazılar