“Apple” “iPhone 15”in buraxılışını bir neçə həftə gecikdirə və ən azı oktyabr ayında buraxa bilər.
Lent.az xəbər verir ki, bu barədə mobil cihazlar üzrə analitik Vamsi Mohan bildirib.
Analitik bu qənaətə “Apple”ın tədarük zəncirinin bu payızda apardığı audit əsasında gəlib.
Ekspert həmçinin “Apple”ın üçüncü rübdə gəliri ilə bağlı proqnozlarını 91,6 milyard dollardan 87,1 milyard dollara endirib.
Vamsi Mohan yeni nəsil “iPhone”un buraxılışının ləngiməsinin səbəbinin nə ola biləcəyini izah etməyib.
Məlumata görə, ötürmə göstəriciləri görünmür. Ona görə də analitikin proqnozu səhv ola bilər.