TrendForce şirkətinin analitiklərinin verdikləri məlumata əsasən Apple şirkəti bu ilki iPhone 15 smartfonlarında RAM yaddaşını yüksəldəcək və onun özəlliklərini yaxşılaşdıracaq.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, bununla belə analitiklər iPhone 15 modellərinin nə qədər RAM yaddaşı əldə edəcəklərini söyləməyiblər. Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən iPhone 15 Pro və iPhone 15 Pro Max modelləri 8 GB RAM ilə təchiz olunacaqlar. iPhone 15 ilə iPhone 15 Plus isə 6 GB RAM-a sahib olacaqlar. RAM yaddaşı göstəricilərinin yaxşılaşdırılması dedikdə böyük ehtimal ilə daha yüksək RAM yaddaşı əldə edəcək iPhone 15 modellərində LPDDR5 standartı əvəzinə LPDDR5X standartlı RAM yaddaşlarından istifadə ediləcək. Qeyd etmək lazımdır ki, LPDDR5X standartlı RAM yaddaşları daha sürətlə çalışırlar. iPhone 15 smartfon seriyasının bu ilin sentyabr ayında təqdim ediləcəyi gözlənilir.