Bu ilin sentyabrında satışa çıxarılacaq “iPhone 15” model telefonlarının qiymətinin artacağı gözlənilir.
Lent.az xəbər verir ki, bu smartfonların tarixin ən bahalı "Apple" mobil cihazları olacağı iddia edilir.
Məlumata görə, seriyanın ən güclüsü olan “iPhone 15 Pro Max”ın qiyməti “iPhone 14 Pro Max” modelindən 48 faiz baha olacaq.
Bildirilir ki, bu smartfonlarının istehsal xərclərində ciddi artım var və bu da satış qiymətlərinə təsir göstərir.
“iPhone 15 Pro”nun istehsal dəyəri 20 faiz, “iPhone 15”in isə 12 faiz artacaq. Bu artımın əsas səbəbi çip istehsalçısı TSMC-dir.
Son zamanlarda 3nm çiplər istehsal etməyə başlayan TSMC hələ də bütün problemləri həll edə bilmir və bu səbəblə çipləri yüksək xərclə istehsal edir. Təbii ki, “Apple” da bu yüksək xərcdən öz payını alacaq.