“iPhone 14 Pro” smartfonlarının qiyməti 25 faiz ucuzlaşıb.
Lent.az xəbər verir ki, ucuzlaşma əsasən Rusiya bazarında nəzərə çarpıb.
120 min rubla (təxminən 2900 manat) satılan smartfonlarin qiyməti 90 min rubla (təxminən 2173 manat) qədər düşüb.
Qeyd edək ki, bu “iPhone” modelləri 6,1 düymlük OLED displey, Apple A16 Bionic çipi, altı giqabayt operativ yaddaş, 48, 12 və 12 meqapiksel təsvir ölçülü linzalı üçlü kameraya malikdir.