İlon Maskın kosmik aparatı yenə partladı
18 noyabr 2023 19:38 (UTC +04:00)

İlon Maskın kosmik aparatı yenə partladı

Noyabrın 18-də ikinci sınaq uçuşu zamanı İlon Maska məxsus SpaceX-in Ulduz gəmisi qalxdıqdan qısa müddət sonra yenidən partlayıb. Aprel ayında baş tutan ilk uçuş da uğursuz olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, buraxılış yerli vaxtla şənbə günü səhər tezdən Texasdakı Starbase buraxılış meydançasından həyata keçirilib. Uçuş təxminən 10 dəqiqə davam edib.

Əvvəlcə buraxılış aparatının birinci mərhələsinin ayrıldıqdan sonra partladığı açıqlanıb, lakin SpaceX tezliklə gəmi ilə əlaqəni itirdiklərini bildirib.

Uçuş məqsədlərinə görə, Starship Yer kürəsinin orbitinə çıxmalı və Havay adaları yaxınlığında Sakit Okeana düşməli idi.

# 4281
avatar

Oxşar yazılar