İlon Maskın hesabı rekord sayda abunəçi YIĞDI
31 mart 2023 09:57 (UTC +04:00)

İlon Maskın hesabı rekord sayda abunəçi YIĞDI

İlon Maskın hesabı "Twitter"də ən çox abunəçi sayına sahib hesab olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu mövzuda hətta Barack Obamanın hesabını da geridə qoyub.

Məlumata əsasən, Maskın "Twitter" hesabı 133 068 709 abunəçiyə, Barack Obamanın hesabı isə 133 042 819 abunəçiyə sahibdir. "Twitter"in botlardan təmizlənməsindən sonra bu sosial şəbəkədə 240 milyon aktiv istifadəçi mövcuddur. Burdan da belə qənaətə gəlmək olar ki, Mask ilə Obamanın hesablarına "Twitter"in aktiv istifadəçi kütləsinin yarısı abunə olub.

Qeyd etmək lazımdır ki, "Twitter"də ən çox abunəçi sayına sahib şəxslər arasında üçüncü yeri Justin Biber (113 milyon abunəçi), dördüncü yeri isə Katy Perry (108 milyon abunəçi) tutur.

# 2205
avatar

Fidan İlqar

Oxşar yazılar