İlon Mask yenidən dünyanın ən varlı insanı olub.
Lent.az xəbər verir ki, "Tesla" şirkətinin səhmlərinin qiyməti təxminən 70 faiz artıb. Bu da birbaşa Maskın sərvətinə təsir edib. Şirkət elektriklə işləyən avtomobillərə tələbatın artmasından da yararlanıb.
Amerikalı iş adamı İlon Mask qısa müddətdə fransalı sahibkar Bernard Arnoyadan geridə qalmışdı. İndi isə Mask yenidən öz əvvəlki titulunu qazanıb.
“Bloomberg Billionaires Index”in məlumatına görə, Maskın sərvəti hazırda 187,1 milyard dollara yüksəlib.
Fransalı iş adamı Arnonun sərvəti isə 185,3 milyard dollar təşkil edir.