Milyarder İlon Mask bu dəfə “Twitter”in adını dəyişəcəyini açıqlayıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Mask tətbiqin adını “X” qoyacağını, həmçinin platformanın loqotipindəki quş simvolunu da götürəcəyini bildirib.
Bununla bağlı o, şəxsi “Twitter” hesabında məlumat yayıb.
“Çox yaxında “Twitter” adı və tədricən bütün quş ikonaları ilə vidalaşacağıq”, - Mask yazıb.
“Twitter”in CEO-su İlon gələcək loqo dizaynını da izləyiciləri ilə paylaşıb. Bu dizayn qara fonda işlənmiş 'X' işarəsini təmsil edir. Bununla belə, o, bu dizaynın son versiya olmadığını bildirərək, başqa dəyişikliklərin də olacağını vurğulayıb.
Məlumata görə, izləyicilər bu dəyişikliklərdən qətiyyən razı deyillər.