"Tesla" və "SpaceX"in baş direktoru İlon Mask dünyanın ən çox istifadə edilən mikrobloq və sosial media platforması olan "Twitter"i 44 milyard dollara satın alıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, milyarder iş adamı Mask "Twitter"ə gətirdiyi ödənişli abunə sistemlərindən sonra nə qədər qazandığını açıqlayıb.
Mask hesabında olan abunəçilərin sayını göstərən ekran görüntüsünü paylaşdığı zaman onun "Twitter"in abunə sistemindən nə qədər pul qazandığı ortaya çıxıb. Mask öz paylaşımında deyib:
"Yaradıcılar bu platformada abunəlikləri aktivləşdirmək istəyə bilər. Parametrlərdə "Monetizasiya" üzərinə klikləyin."
İlon Mask daha əvvəl “Ödənişli Abunəlik” funksiyasını elan etmişdi. Mask bildirib ki, "Twitter"in bu yeni xüsusiyyəti ilə istifadəçilər abunə olduqları hesabların xüsusi məzmununa daxil ola bilərlər.
İlon Maskın paylaşdığı ekran görüntüsünə görə, onun ən azı 27.400 mövcud abunəçisi var. Maskın abunəçiləri isə milyarder iş adamına ayda təqribən 97 800 dollar (təxminən 167 milyon manat) qazanır. Mask, onun hesabına ayda 4 dollara abunə olan istifadəçilərin bir neçə həftədən bir ona istənilən sualı verə biləcəyini açıqlayıb.