İlon Mask Nevada ştatında qeydiyyatdan keçmiş X.AI adlı süni intellekt (AI) şirkəti qurub.
Lent.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Bildirilib ki, şirkətin direktoru Mask, katibi isə sahibkarın maliyyə direktoru Jared Birçalldır.
Qeyd edək ki, bir müddət əvvəl “Financial Times” Maskın yeni süni intellekt şirkəti qurmaq üçün komanda yığdığını yazmışdı.