İlk “Zaporojets” belə olmalı idi -  FOTO
01 iyun 2023 08:55 (UTC +04:00)

İlk “Zaporojets” belə olmalı idi - FOTO

Sosial şəbəkədə ZAZ-966-nın (“Zaporojets”) necə görünməli olduğunun fotosu yayılıb. Simvolik modelin əvvəlcə daha parlaq dizaynı olubmuş.
 
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bildiyiniz kimi, ZAZ-966 1967-ci ildə buraxılıb. O, arxada mühərriki olan ikiqapılı sedana bənzəyirdi.

Bununla belə, 1961-ci il nümunəsi yuvarlaqlaşdırılmış arxa yan pəncərə ilə daha rasional korpusa malik olub.

Onun yuvarlaqlaşdırılmış və istehsal modelində olduğu kimi ön fənərləri birləşdirməyən daha yığcam barmaqlığı, arxada isə daha kəskin əyrilikləri və şaquli işıqları var idi.

Prototipin yan hava girişləri daha yığcam idi və müxtəlif xrom emallarla birləşdirilmişdi.
 
Fərqlər arasında bamperlər, ön şüşə, dam və loqolar da var.


 

# 9009
avatar

Oxşar yazılar