“Huawei” yeni ucuz və qatlanan telefon  buraxacaq
21 oktyabr 2023 12:52 (UTC +04:00)

“Huawei” yeni ucuz və qatlanan telefon buraxacaq

Çinin “Huawei” şirkəti istifadəçilər üçün ucuz qatlanan smartfon buraxmağa hazırlaşır.

Lent.az xəbər verir ki, yeni telefonun qiyməti 735 dollar olacaq.

Məlumata görə, cihaz “Pocket” seriyasının bir hissəsidir. Çox güman ki, qurğuda əsas qatlanan displey və smartfonun kənarında yerləşəcək əlavə displey olacaq.

Bildirilir ki, cihaz digər qatlanan cihazlarla müqayisədə çox ucuzdur. Telefonun buraxılış tarixi açıqlanmayıb. Ancaq onun 2024-cü ilin birinci yarısında təqdim olunacağı ehtimal olunur.

# 4569
avatar

Sevinc Fərid

Oxşar yazılar