“Google”un qatlana bilən smartfonu  videoda sınaqdan keçirildi
10 iyul 2023 17:45 (UTC +04:00)

“Google”un qatlana bilən smartfonu videoda sınaqdan keçirildi

“Google”un ilk qatlana bilən smartfonunu təmir etməyin çətinliyi sınaqdan keçirilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, sınaq video şəklində təqdim olunub.

Məlumata görə, sınaq zamanı cihazı sökmək üçün ilk növbədə onu qızdırıb.

Daha sonra prosesdə əvvəlcə arxa paneli çıxarıb, sonra qoruyucu ekranı ayırıb və yalnız bundan sonra daxili hissələrə giriş əldə edilib.

İş zamanı məlum olub ki, “Pixel Fold” ekranı sökülməli olan çoxlu vintlərdən istifadə edərək bərkidilir. Qadcetin ön panelinin dəyişdirilməsi xeyli vaxt aparıb. Eyni zamanda, müəllif qatlanan cihazın batareyasını dəyişdirməyin kifayət qədər sadə olduğunu vurğulanıb.

“Pixel Fold”un yenidən yığılması zamanı bəzi xırda detalları qaçırmaq və beləliklə də cihazı zədələmək olar.

Təmirin mürəkkəbliyini 10 ballıq şkala ilə 6,5 balla qiymətləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2307
avatar

Sevinc Fərid

Oxşar yazılar