ABŞ-nin “Google” qlobal texnoloji firması cümə günü robotların müəyyən hərəkətləri yerinə yetirməsi üçün görmə funksiyasını yerinə yetirən və dilləri tərcümə edən yeni süni intellekt (AI) modelini təqdim edib.
Lent.az xəbər verir ki, “Robotics Transformer 2” (RT-2) adlanan model internetdəki mətn və şəkillər üzərində öyrədilmiş görmə-dillər üzrə fəaliyyət modelidir. O, ümumi ideyaları və anlayışları öyrənə və sonra robotun davranışını məlumatlandırmaq üçün bu bilikləri ötürə bilir. RT-2, həmçinin mürəkkəb düşünməni həyata keçirməyə imkan verir və robotun hərəkətlərini idarə etmək üçün konsepsiyaları ötürməklə yanaşı, çıxış robot hərəkətlərini təmin edir.
"Çat-bot”lardan fərqli olaraq, RT-2, məsələn, alma toplamaq və ya zibil atmaq kimi vəzifələri yerinə yetirə bilən robot üçün siqnalları təmin etmək qabiliyyətinə malikdir. Başqa sözlə, RT-2 ilə robotlar bizim kimi daha çox öyrənə bilir, öyrənilmiş anlayışları yeni situasiyalara köçürürlər. Bu model süni intellektdə irəliləyişlərin robot texnikasına necə sürətlə keçdiyini göstərməklə yanaşı, daha çox yeniliklər üçün böyük vədlər verir, həmçinin ümumi təyinatlı robotların fəaliyyətini təmin edir.
“Google” firması ötən ay robot texnikası üçün “RoboCat” adlı özünü təkmilləşdirən süni intellekt agentini təqdim edib və bildirib ki, o, müxtəlif sahələrdə fərqli tapşırıqları yerinə yetirməyi öyrənə bilər. Bununla yanaşı, AI agenti texnologiyanı təkmilləşdirmək üçün özü yeni təlim məlumatları yaradır.
“RoboCat” böyük və müxtəlif məlumatlar bazasından istifadə etməklə 100-ə qədər əməliyyat vasitəsilə yeni bir tapşırığı yerinə yetirə bilsə də, Google bu qabiliyyətin gələcəkdə robot texnikası tədqiqatlarını sürətləndirməyə kömək edəcəyini qeyd edir. Çünki bu, insan nəzarəti təliminə ehtiyacı azaldır və ümumi təyinatlı robot daha sərbəst fəaliyyət göstərə bilir.