Gələcək Google Tensor belə olacaq
04 may 2023 10:04 (UTC +04:00)

Gələcək Google Tensor belə olacaq

Son məlumat sızıntılarına əsasən Pixel 8 smartfon seriyasında istifadə ediləcək Tensor G3 prosessorunun performans göstəriciləri Tensor G2-nin performans göstəricilərindən daha yüksək olacaq.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla belə Tensor G3 Samsung-un 4 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək. Verilmiş yeni məlumata əsasən Tensor G4 prosessoru artıq TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək. Tensor G5 də TSMC tərəfindən istehsal ediləcək.

Lakin Tensor G5 artıq 3 nanometrlik texnoloji proses əsasında hazırlanacaq. Qeyd etmək lazımdır ki, bu il iPhone 15 Pro modellərində istifadə ediləcək Apple A17 Bionic prosessoru TSMC-nın 3 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək. Bu isə o deməkdir ki, Google bu mövzuda Apple-dan 2 il müddətinə geridə qalacaq. Lakin verilmiş məlumatın maraqlı tərəfi ondadır ki, insayderlərin fikirlərinə əsasən Tensor G3 prosessoru tamamilə Samsung tərəfindən hazırlanmış məhsul olacaq. Tensor G4 isə sıfırdan Google tərəfindən hazırlanacaq. Buna görə də Tensor G4-ün nə dərəcədə fərqlənəcəyi bilinmir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2307

Oxşar yazılar

Paltaryuyan maşını pis qoxudan  və kifdən necə xilas etməli?

Paltaryuyan maşını pis qoxudan və kifdən necə xilas etməli?

5 may 2025 , 14:53
Smartfon çantada niyə qızır: SƏBƏB

Smartfon çantada niyə qızır: SƏBƏB

5 may 2025 , 12:52
Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48