“Galaxy S23 Ultra” bənzər mini telefon buraxıldı - VİDEO
12 noyabr 2023 18:07 (UTC +04:00)

“Galaxy S23 Ultra” bənzər mini telefon buraxıldı - VİDEO

Tanınmış insayder Ice Universe öz Twitter hesabında “Galaxy S23 Ultra”a çox bənzəyən çox kiçik smartfonu əks etdirən video paylaşıb. 

Lent.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri yeni mini telefonu çox bəyənib. 

Videoya görə cihaz kifayət qədər tez işləyir və işləyən kamera ilə təchiz olunub. Rəsmi spesifikasiyalar hələ təqdim edilməsə də, bu smartfonun orijinaldan əhəmiyyətli dərəcədə aşağı olduğu bildirilir.

Yeni məhsulu müzakirə edən bəzi istifadəçilər bu “miniphone” animasiyasının One UI-dən daha yaxşı olduğunu iddia ediblər. Digərləri bunun "bazarda ən yaxşı telefon" olduğunu və "iPod Nano yenidən doğuldu" kimi şərhlər bildiriblər. Bəziləri belə bir telefonu haradan almaqla maraqlanmağa başlayıblar.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8928
avatar

Sevinc Fərid

Oxşar yazılar