Ən  etibarsız avtomobillər   - SİYAHI
01 dekabr 2023 18:10 (UTC +04:00)

Ən etibarsız avtomobillər - SİYAHI

“Consumer Reports” ekspertləri daxili yanma mühərrikli (ICE) avtomobillərin, elektromobillərin və hibrid modellərin keyfiyyətini və etibarlılığını qiymətləndiriblər. 

Lent.az xəbər verir ki, daxili yanma mühərrikli (ICE) avtomobilləri elektrik avtomobilləri və hibridlərdən daha etibarlıdır. 

Son 23 ildə istehsal olunan 330 minə yaxın avtomobil üzərində aparılan araşdırmada mütəxəssislər ənənəvi daxili yanma mühərrikli avtomobilləri daha etibarlı olduqların açıqlayıb. Məlum olub ki, elektromobillər daxili yanma mühərrikli avtomobillərdən 79 faiz çox texniki xidmət problemi yaşayır. Öz növbəsində, “plug”in hibridlərinin təmiri benzin və dizel mühərrikli avtomobillərlə müqayisədə 146 faiz daha çətindir.

Siyahıdakı hər bir model 100 ballıq şkala üzrə öz reytinqini alıb. Bildirilir ki, ən etibarlı avtomobillər Asiya avtomobil istehsalçıları tərəfindən istehsal olunur. Onlarda orta avtomobil reytinqi 63 bal təşkil edib. Avropa şirkətlərinin avtomobilləri 46, Amerika avtomobilləri isə 39 bal toplayıb.

Ən problemli olanlar “plug”in hibridləri (PHEVs) idi. Məsələn, “Chrysler Pacifica” və “Audi Q5” 100 baldan cəmi 14 xal toplayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 27966
avatar

Sevinc Fərid

Oxşar yazılar