Ən çox satılan təmir olunmuş və ya ikinci əl telefon modellərinin adı açıqlanıb.
Lent.az xəbər verir ki, “Apple” yenilənmiş smartfon bazarına da rəhbərlik edib.
Belə ki, 2022-ci ildə ən çox təmir olunmuş telefonların satışına görə, “Apple” birinci, “Samsung” isə ikinci yeri tutub.
Məlumata görə, təkrar satışa çıxarılmış smartfonlar keçən il cəmi 5 faiz artıb və bu hesablanan saydan çox-çox azdır. Bu da Çində yenidən istehsal olunmuş cihazlar bazarının 17 faiz azalması ilə əlaqələndirilir.
Bunlarla yanaşı, Çin istehsalı olan “Vivo”, “Oppo” və “Huawei” də müvafiq üst sıralarda öz yerlərini tutub.