Elektriklə işləyən avtomobillərə  keçid edən ilk ölkənin adı açıqlandı
01 may 2023 17:22 (UTC +04:00)

Elektriklə işləyən avtomobillərə keçid edən ilk ölkənin adı açıqlandı

Qarşıdakı üç ildə elektriklə işləyən avtomobillərə keçəcək ölkələrin adları açıqlanıb. 

Lent.az xəbər verir ki, mütəxəssislər 2025-ci ilə qədər elektrik avtomobillərinin ümumi avtomobil satışlarının yarısını təşkil edəcəyini proqnozlaşdırır.

Elektrikli nəqliyyat vasitələri və akkumulyatorların satışı bəzi ölkələrdə çox sürətlə artır. 

Elektrik avtomobillərinin sayının daxili yanma mühərrikli (ICE) avtomobillərin sayından çox olduğu ilk ölkənin Almaniya olacağı gözlənilir.

Bunu “Hippo Leasing” portalının dərc etdiyi araşdırmanın nəticələri sübut edir.

Mütəxəssislər ən çox avtomobil satılan 12 ölkədə elektromobil satışlarının artım templərini təhlil edərək, 2023-cü ildə bu ölkədə elektriklə işləyən avtomobillərin satışının bütün digər güc aqreqatlarına malik avtomobilləri keçəcəyini proqnozlaşdırıblar.

Almaniyadan sonra Böyük Britaniya, Çin, Fransa, ABŞ, İtaliya, Cənubi Koreya, Avstraliya, Braziliya, İspaniya, Yaponiya və Hindistan gəlir.

Araşdırmaya görə, Almaniya 10 il ərzində daxili yanma mühərrikli avtomobillərin satışına qadağa qoyacaq. Mütəxəssislər bunu 2020-ci ildən 2021-ci ilə qədər 109 faiz artan alman elektrikli avtomobil satışlarının kəskin artdığını göstərən məlumatlar ilə təsdiqləyirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3919

Oxşar yazılar

Paltaryuyan maşını pis qoxudan  və kifdən necə xilas etməli?

Paltaryuyan maşını pis qoxudan və kifdən necə xilas etməli?

5 may 2025 , 14:53
Smartfon çantada niyə qızır: SƏBƏB

Smartfon çantada niyə qızır: SƏBƏB

5 may 2025 , 12:52
Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48