Araşdırmalara görə, dünya əhalisinin demək olar ki, yarısı oyun oynayır.
Lent.az “Games Industry” portalına istinadən xəbər verir ki, video oyunların qlobal auditoriyası 3,7 milyard nəfərə çatıb.
Analitiklər bu rəqəmin yalnız 10%-ni “real” oyunçu adlandırırlar. Cəmi 300 milyon belə oyunçu var. “DFC Intelligence”ə görə, oyun tərtibatçıları və oyun sistemlərinin istehsalçıları onları rəhbər tuturlar.
İnsanların bu oyunları müxtəlif platformalarda oynadığı bildirilir - PC, konsol və ya mobil cihazlar.
Mobil oyun dünyada ən populyar oyun növünə çevrilib. Araşdırmaya görə, oyun kompüteri və konsol istifadəçilərinin əksəriyyəti Avropa İttifaqı və Şimali Amerikada yaşayır.
Tərtibatçılar üçün əsas problem smartfon istifadəçilərinin daha ciddi və güclü oyun aparatlarına maraq göstərməsidir. Analitiklər gələcəkdə oyunçuların sayının daha da artacağını proqnozlaşdırır.