“Şençjou-15” pilotlu kosmik gəmisinin ekipajı dördüncü dəfə bortdan kənara çıxıb.
Lent.az-ın məlumatına görə, bu barədə Çin Milli Kosmik İdarəsi məlumat yayıb. “Ventyan” modulunu tərk edən taykonavtlar (çinli kosmonavt – red.) Fey Syunlun və Çjan Lu stansiya xaricində bütün işləri uğurla tamamlayaraq üçüncü ekipaj üzvü Den Sinminin köməyi ilə stansiyaya qayıdıblar.
Üç taykonavtdan ibarət komanda dörd aydan çoxdur geostasionar (yerətrafı – red.) orbitdədir. Tapşırıqların uğurla yerinə yetirilməsi onlara kosmosda elmi-texniki təcrübələri davam etdirməyə imkan verəcək.
Çin bu il kosmik stansiyaya daha üç missiya, o cümlədən Tyançjou-6 yük kosmik gəmisi, həmçinin Şençjou-16 yük gəmisi və Şençjou-17 idarəolunan kosmik gəmini göndərməyi planlaşdırır.