Çin eyni raketlə 41 peyki orbitə çıxardı - YENİ REKORD
15 iyun 2023 22:19 (UTC +04:00)

Çin eyni raketlə 41 peyki orbitə çıxardı - YENİ REKORD

Çin “Böyük yürüş-2D” (“Long March-2D”) daşıyıcı raketi ilə orbitə 41 peyk çıxarıb.

Lent.az xəbər verir ki, daşıyıcı raketin buraxılışı Şensi vilayətindəki Tayyuan kosmodromunda yerli vaxtla saat 13:30-da baş tutub. Bu, Çinin eyni daşıyıcı raketlə orbitə ən çox peyk çıxarmasıdır. Bundan əvvəlki rekord iyunun 7-də “Licien-1” raketi ilə orbitə 26 peykin çıxarılması olub.

“Böyük yürüş-2D” raketinin orbitə çıxardığı peyklər torpaq ehtiyatlarının, mineral resursların və “ağıllı şəhər” layihələri üzrə məlumatların məsafədən zondlanması üçün istifadə olunacaq. Orbitə çıxarılmış obyektlərdən 36-sı “Cilin-1” seriyasındadır. Bununla orbitdəki “Cilin-1” peyklərinin sayı 108-ə yüksəlib.

Qeyd edək ki, bu, “Böyük yürüş” seriyasından 476-cı raket buraxılışı olub.

# 2556
avatar

Oxşar yazılar