"Bunlar zibildir":  Ekspert  heç vaxt almayacağı   beş avtomobil markasını AÇIQLADI
11 mart 2025 16:22 (UTC +04:00)

"Bunlar zibildir": Ekspert heç vaxt almayacağı beş avtomobil markasını AÇIQLADI

Avtomobil eksperti, Andy's Auto Advice bloqunun müəllifi Endi “TikTok”da alınması və imtina edilməsi lazım olan avtomobil markalarının siyahısını paylaşıb. Video qısa zamanda 4,8 milyon baxış, 212,7 min bəyənmə və 11,3 min şərh toplayıb.

Hansı avtomobillərdən imtina etmək lazımdır?

Endi müəyyən markalar haqqında çox dəqiq danışıb:

• Hyundai və Kia - "Bütün Hyundai və Kia məhsullarından nəyin bahasına olursa-olsun çəkinin. Axı siz mühərriki sıradan çıxartdıqdan sonra avtomobilinizi geri almaq üçün altı ay gözləyəcəksiniz".

• Volkswagen - "Onlar əvvəlki kimi deyillər. Onların bir çox məhsulları son on il ərzində ucuz və etibarsız hala gəldi. Mən nəyin bahasına olursa-olsun onlardan qaçıram".

• General Motors - "Mən deyərdim ki, hər hansı yeni GM məhsullarından qaçın. Onlar ucuzlaşıblar, xüsusilə daha böyük avtomobillərdə çoxlu mühərrik problemləri var. Onların 3,6 litrlik mühərrikləri sürücülər üçün həmişə problemli olub".

Ekspert hansı avtomobilləri tövsiyə edir?

Ancaq Endi aşağıdakı markalara diqqət yetirməyi məsləhət görür:

• Toyota və Honda;

• Toyota ilə birgə hazırlanmış B58 və ya B48 mühərrikli BMW;

• V6 və qeyri-CVT transmissiyalı Nissan və Infiniti;

• Ford F-150.

Fikrini yekunlaşdıran Endi qeyd edib:

"Yeni avtomobillərin əksəriyyəti zibildir. Əvvəlkindən bir az daha seçici olmalısınız. Mütləq çoxlu araşdırma aparın və ehtiyatla dilerə müraciət edin".

Lakin şərhlərdə bir çox istifadəçi ekspertin gəldiyi nəticə ilə razılaşmayıb. Şərhçilərdən biri yazıb: "Toyota haqda nəsə demək dəlilikdir".

Başqa bir istifadəçi əlavə edib: "Kia və Hyundai çox etibarlıdır. Mən sizinlə 100 faiz razı deyiləm".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3040

Oxşar yazılar