Bu şirkət də  smart saat   hazırlamağa başladı
22 iyun 2023 17:49 (UTC +04:00)

Bu şirkət də smart saat hazırlamağa başladı

Nothing şirkəti hal hazırda yalnız smartfonların və naqilsiz qulaqlıqların hazırlanması ilə məşğuldur.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, şirkət artıq öz ilk smart saatını hazırlamağa başlayıb. Şirkətin ilk smart saatı Hindistanın BIS adlı tənzimləyici orqanının məlumatlar bazasında ortaya çıxıb.

Bu tənzimləyici orqanın məlumatlar bazasında smart saat D395 kataloq nömrəsi ilə smart saatlar kateqoriyasında yerləşdirilib. Təəssüf ki, Nothing-in ilk smart saatının texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, şirkətin ilk smart saatı Nothing Phone (1) smartfonunda və naqilsiz qulaqlıqlarında olan şəffaf gövdə dizaynını əldə edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2361
avatar

Oxşar yazılar