Bu səbəblərə görə iPhone 17 almaqdan imtina edə   bilərsiniz
24 sentyabr 2025 15:47 (UTC +04:00)

Bu səbəblərə görə iPhone 17 almaqdan imtina edə bilərsiniz

0

iPhone 17 seriyası satış rekordları qırsa da, istifadəçilər yeni cihazlarda Wi-Fi problemlərindən şikayətlənirlər. Şikayətlər iPhone 17, 17 Pro, Pro Max və iPhone Air modellərini əhatə edir.

Lent.az xarici mediaya istinadla şikayətlər barədə məlumat verir.

Wi-Fi və Bluetooth bağlantısında nasazlıqlar

İstifadəçilərin sözlərinə görə, telefon kilidi açıldıqda Wi-Fi bir neçə saniyəlik kəsilir, sonra yenidən qoşulur. Oxşar nasazlıqlar Bluetooth və CarPlay funksiyalarında da müşahidə olunur.

Bu problem tez-tez Apple Watch istifadə edərkən ortaya çıxır. Bəzi sahiblər bildirirlər ki, saatı kilidlədikdə və ya Bluetooth-u söndürdükdə bağlantı daha az qırılır.

Səbəb iOS 26 və yeni N1 çipi

Mütəxəssislər hesab edirlər ki, problem aparat hissəsindən deyil, iOS 26 əməliyyat sistemindən qaynaqlanır. Bu nəsildə Apple yeni N1 çipinə keçib. O, Wi-Fi 7 və Bluetooth 6 dəstəyinə malikdir, amma məhz proqram təminatında nasazlıq olduğu görünür.

iOS 26.1 beta versiyasını quraşdıran istifadəçilər Wi-Fi bağlantısının daha stabil işlədiyini bildirirlər.

Müvəqqəti həll yolları

Mütəxəssislər aşağıdakı addımları sınamağı tövsiyə edirlər:

iOS 26.1 beta versiyasını yükləmək, Apple Watch-u kilidləmək və ya Bluetooth-u söndürmək, marşrutlayıcı (router) parametrlərində dəyişiklik etmək, məsələn, Multi-Link Operation funksiyasını söndürmək və ya 2.4 və 5 GHz diapazonlarını ayırmaq.

Bundan əlavə iPhone 17 Pro-nun əsas zəif tərəfi alüminium korpusdur. Bu, modellərin cızılmağa daha meyilli olmasına səbəb olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar