İranda “Apple” markalı telefonların idxalını qadağan edilib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, ötən gecədən etibarən “Apple” şirkətinin mobil telefonları sifarişi mümkün olmayan mallar qrupuna daxil edilib.
Mobil telefon idxalçıları bu gündən etibarən “iPhone” sifarişi ilə bağlı məhdudiyyətlərə məruz qaldıqlarını və bu telefon üçün sifariş verə bilmədiklərini deyirlər.
Qeyd edək ki, son həftələr “Apple” məhsullarının İrana idxalına qadağa qoyulacağı ilə bağlı xəbərlər yayılırdı.
İranın sənaye və ticarət naziri bu yaxınlarda prezidentə 2021-ci ildə “Apple” şirkətinin 1 milyard dollarlıq məhsulunun idxalına icazə verildiyini bildirmişdi.