Bu da plastiklə qidalanan bakteriya
25 iyul 2023 23:40 (UTC +04:00)

Bu da plastiklə qidalanan bakteriya

Plastik yeyən bir bakteriya var! Onu alman alimləri aşkar ediblər. “Pseudomonas sp” adlı bakteriya nisbətən yaxınlarda aşkar edilib.

Lent.az xəbər verir ki, bu bakteriyalar poliuretan molekullarını bir yerdə saxlayan kimyəvi rabitəyə hücum edir, onları parçalayır və bu birləşmələrdən özünə həyat enerjisi yaratmaq üçün istifadə edir. 

Poliuretandan əsasən ayaqqa­bı, bəzi növ sintetik parçalar, konki üçün təkərlər və digər məhsulların istehsalında istifadə olunur. Bir çox digər plastik növlərindən fərq­li olaraq, qızdırıldıqda ərimir, ona görə də təkrar emal edilmir və on­dan istifadə edilmiş əşyalar zibil­liyə atılır və ətrafı çirkləndirir. Yeni bakteriyanın bu problemin aradan qaldırılmasında istifadə olunacağı gün heç də uzaqda deyil.

Alimlərin plastikin parçalanma­sını sürətləndirən “təbii düşmənləri” kəşf etməsi ilk dəfə deyil. Bir neçə il əvvəl Yaponiya alimləri butulkaların hazırlanmasında istifadə olunan plastik növü olan PET-i parçalayan ferment aşkar ediblər. 

Qeyd edək ki, bakteriyaların sənaye miqyasında istifadəsi hələ sınaqdan ke­çirilməyib. 

# 2688
avatar

Oxşar yazılar