"Facebook"un smart saat modeli 
12 iyun 2021 18:38 (UTC +04:00)

"Facebook"un smart saat modeli 

Bu da "Facebook"un İLK SMART SAATI

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatlar açıqlayıb.

Lent.az "technote"a istinadən xəbər verir ki, "Facebook"un smart saat modeli LTE dəstəyini əldə edəcək və smartfona daimi qoşulmanı tələb etmədən də çalışa biləcək.

Şirkət smart saatın ilk versiyasını 2022-ci ilin yay fəslində satışa çıxardacaq. Şirkətin özü isə artıq smart saatın ikinci və üçüncü versiyası üzərində çalışır. Smart saatın qiyməti təqribi olaraq 400$ təşkil edəcək.

Məlumata əsasən, smart saat iki kameraya sahib olacaq. Onlardan biri ekrana inteqrasiya ediləcək və videozənglər üçün nəzərdə tutulacaq. İkinci əsas kameranı isə smart saatın gövdəsindən ayırıb ayrıca "action camera" kimi istifadə etmək mümkün olacaq.

Bundan əlavə olaraq smart saat fitnes tracker funksiyalarını əldə edəcək və tətbiqlər ilə messencerləri dəstəkləyəcək. Smart saatın əsas kamerası ilə çəkiləcək foto və videoları sürətli şəkildə Instagram ilə Facebook-da paylaşmaq və Whatsapp vasitəsilə digər şəxsə göndərmək mümkün olacaq.

Şirkət təmsilçiləri bu məlumatları təsdiqləməyiblər. Lakin bu məlumatları inkar da etməyiblər. 

# 2508
avatar

Oxşar yazılar