Batareyası çıxarılmayan  telefonların istehsalı nə vaxt dayandırılacaq?
18 iyul 2023 12:35 (UTC +04:00)

Batareyası çıxarılmayan telefonların istehsalı nə vaxt dayandırılacaq?

2027-ci ilə qədər Avropa bazarına batareyası çıxarılmayan smartfonların istehsalı və satışı qadağan ediləcək.

Lent.az xəbər verir ki, bu qərarı Avropa Şurası qəbul edib.

Məlumata görə, Avropa İttifaqında qəbul edilən yeni qanun istehsalçıları çıxarıla bilən batareyaları olan cihazları buraxmağa məcbur edir.

Aİ rəsmilərinin fikrincə, belə bir tədbir elektronika arasında tullantıların miqdarını azaldacaq və təkrar emalın səmərəliliyini artıracaq. Qanunun son məqsədi şirkətləri təkrar emal edilə bilən materiallardan smartfonlar istehsalına başlamaqdır.

Qanun yalnız Avropa İttifaqında qüvvədə olsa belə, bu, smartfon şirkətləri üçün digər bazarlara təsir edəcək. Çünki “Samsung”, “Google”, “Apple” və digər şirkətlər xüsusi olaraq Avropa üçün cihazlar hazırlamırlar. Çətin ki, “Apple” kimi bir şirkət dəyişdirilə bilən, ABŞ üçün isə batareyasız, Avropa üçün isə batareyalı “iPhone” istehsal etməyə başlasın. Bu o deməkdir ki, bu qanun sonda bütün “iPhone”ların çıxarıla bilən batareyalarla əvəz olunmasını məcbur edəcək.

# 2394
avatar

Sevinc Fərid

Oxşar yazılar