Bəzi adamlar avtomobildə gedərkən başları hərlənir, ürəkləri bulanır. Eyni halı təyyarə və gəmi ilə səfərdə olanlar da hiss edir. Çin belə adamları nəzərə alaraq maraqlı eynək buraxıb.
Lent.az xarici mediaya istinadən xəbərinə görə, 2 deyil, 4 gözlükdən ibarət eynək beyni aldatmağa xidmət edir.
Gözlüyün şüşələrinin ətrafına mavi maye doldurulub. Bu gözlüklər beyinin vestibulyar aparatını aldadır və beyin özünü hərəkətsiz vəziyyətdə hiss edir.
Eynəkdən təyyarə, qatar, gəmi, avtomobil kimi istənilən nəqliyyat vasitəsində istifadə etmək olar.