Avropa "iPhone" satışını   qadağan edə bilər: Problem nədir?
06 may 2023 14:40 (UTC +04:00)

Avropa "iPhone" satışını qadağan edə bilər: Problem nədir?

Avropa Komissiyasının sözçüsü Thierri Breton “Apple”a xəbərdarlıq edib.

Lent.az xəbər verir ki, buna səbəb şirkətin sertifikatlaşdırılmamış USB-C kabellərinin doldurulma sürətini və digər funksiyalarını məhdudlaşdırmasıdır.

Məlumata görə, əgər şirkət bu addımları atarsa Avropa ölkələrində “iPhone” satışı qadağan olunacaq.

Bu qadağa yalnız yeni qanunvericilik qüvvəyə mindikdən sonra, yəni 2024-cü ilin sonunda qüvvəyə minəcək.

Bildirilir ki, 2023-cü ildə “Apple” yeni “iPhone 15” modelini təqdim edəcək. Bu smartfonlarda “Lightning” əvəzinə USB-C konnektorunun olması ilə əvvəlki telefonlardan fərqlənəcək. “Apple”ın bu dəyişikliyi smartfonların 2024-cü ilin oktyabrında qüvvəyə minəcək yeni Aİ qanunvericiliyinə uyğun olmasını təmin etmək üçün edəcəyi güman edilir..

Aksessuar satışından əldə edilən gəliri saxlamaq üçün isə “Apple”ın sertifikatlı USB-C kabellərini buraxdığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4890
avatar

Sevinc Fərid

Oxşar yazılar