“Apple”ın qazanc artımı ən azı iki il “iPhone”dan asılı olmağa davam edəcək.
Lent.az “AppleInsider”a istinadən xəbər verir ki, 2023 və 2024-cü illərdə Amerika korporasiyası mənfəəti artırmalıdır.
Belə ki, “Apple”ın gələcək uğuru smartfonların yüksək satışları ilə bağlıdır. Mütəxəssislərin proqnozlarına görə, 2023-cü ilin ikinci rübündə şirkətin gəliri 98,836 milyard dollar təşkil edəcək ki, bu da analitiklərin əvvəlki proqnozundan yüksəkdir.
Hesabatda həmçinin qeyd edilir ki, şirkətin gəlirləri ən azı iki il artacaq. 2023-cü ildə 400,43 milyard dollara, 2024-cü maliyyə ilinin sonuna isə 425,94 milyard dollara qədər artmalıdır.
Hesabatda smartfonlara tələbatın yaxın gələcəkdə dəyişməz olaraq qalacağı qeyd edilib.