"Apple" süni intellekt yarışında məğlub olacağını AÇIQLADI
16 may 2023 10:18 (UTC +04:00)

"Apple" süni intellekt yarışında məğlub olacağını AÇIQLADI

Amerikanın “Apple” şirkəti süni intellekt sahəsində layihələr yarışında məğlubiyyətlə təhdid olunur. Çünki "Siri" səs köməkçisinin hazırkı inkişafı çox arzuolunmazdır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Apple”ın keçmiş baş marketinq meneceri Maykl Qartenberq bildirib.

“Söhbət süni intellektə, xüsusən də "Siri"yə gəldikdə, "Apple" liderlikdən geridə qalıb. "Google" və "Microsoft" ağılları uçuran nailiyyətlər nümayiş etdirirlər. "Apple"ın bu sahədəki səyləri nisbətən zəif olub”, - deyə o qeyd edib.

"Siri" dünyaya 2011-ci ildə, 12 il əvvəl təqdim edilib və o zaman bu hadisə süni intellekt sahəsində bir irəliləyiş hesab edildi. Bununla belə, "Siri" öz potensialına çata bilmədi. "Google" və "OpenAI"nin süni intellekt səyləri onu xeyli geridə qoydu. 

Ekspertin sözlərinə görə, "Siri" qeyri-standart istifadəçi suallarının öhdəsindən gəlmir və hələ də üçüncü tərəf proqramları ilə zəif inteqrasiyaya malikdir. "Siri yalnız Apple ekosistemi daxilində tapşırıqları yerinə yetirə bilər. "Google Assistant" və "ChatGPT" isə geniş proqramlar ilə inteqrasiyaya malikdir" Gartenberg deyib.

O, süni intellekt layihələrinin yaxın illərdə inkişaf etmədiyi təqdirdə şirkəti məyusedici aqibət gözlədiyini xəbərdar edib və bunu dəyişdirə biləcək üç addım təklif irəli sürüb:

“Apple görüş təyin etmək, yemək sifariş etmək kimi daha mürəkkəb tapşırıqlar üçün "Siri" imkanlarının yaradılmasına sərmayə qoymalıdır. İstifadəçilərin səs köməkçisi ilə qarşılıqlı əlaqəsini asanlaşdırmaq üçün "Siri"nin dil tanıma imkanlarını təkmilləşdirilməsi istiqamətində işlər aparılmalıdır. Ən əsası isə, Apple Siri platformasını onun daha geniş və daha aktiv istifadəsini stimullaşdırmaq üçün açıq etməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2348

Oxşar yazılar

Paltaryuyan maşını pis qoxudan  və kifdən necə xilas etməli?

Paltaryuyan maşını pis qoxudan və kifdən necə xilas etməli?

5 may 2025 , 14:53
Smartfon çantada niyə qızır: SƏBƏB

Smartfon çantada niyə qızır: SƏBƏB

5 may 2025 , 12:52
Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48