“Apple Maps” avtomobillərdə “Google Maps”ə rəqib olmağa  hazırlaşır
03 avqust 2026 06:48 (UTC +04:00)

“Apple Maps” avtomobillərdə “Google Maps”ə rəqib olmağa hazırlaşır

0

“Apple” xəritə xidmətini avtomobillərin daxili multimedia sistemlərinə inteqrasiya etməklə naviqasiya bazarında mövqeyini gücləndirməyə hazırlaşır.

Lent.az xəbər verir ki, şirkətin təqdim etdiyi yeniliyə əsasən, bəzi yeni avtomobil modellərində “Apple Maps” birbaşa avtomobilin daxili naviqasiya sistemi kimi işləyəcək.

Bunun sayəsində sürücülər marşrut qurmaq və xəritələrdən istifadə etmək üçün “iPhone”u avtomobilə qoşmağa ehtiyac duymayacaqlar.

Mütəxəssislərin fikrincə, bu addım “Apple”ın avtomobil texnologiyaları sahəsində təsirini artıracaq və uzun illər bazarda üstün mövqedə olan “Google Maps” üçün ciddi rəqabət yaradacaq.

Yeni sistem real vaxt rejimində yol vəziyyəti, tıxaclar, sürət məhdudiyyətləri və digər naviqasiya məlumatlarını da təqdim edəcək.

“Apple”ın bu funksiyanı ilk olaraq seçilmiş avtomobil istehsalçıları ilə əməkdaşlıq çərçivəsində istifadəyə verməsi gözlənilir. Şirkət gələcəkdə xidmətin daha çox avtomobil markasında əlçatan olacağını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar