“Apple” hər kəsin büdcəsinə uyğun “MacBook” noutbuku buraxacağını açıqlayıb.
Lent.az xəbər verir ki, “Apple” şirkəti “Chromebook”larla rəqabət aparmaq üçün aşağı qiymətli “MacBook” noutbuklarını təqdim etməyə hazırlaşır.
Məlumata görə, “MacBook” 2024-cü ilin sonunda buraxılacaq və onun qiyməti “Air” və “Pro 13”dən aşağı, yəni 999 dollardan ucuz olacaq. Çox güman ki, “Apple” belə aşağı qiymətə nail olmaq üçün material və komponentlərə qənaət edəcək.
“MacBook”un xüsusiyyətləri hələ tam açıqlanmayıb. Ancaq “Apple”ın 2015-ci ildən 2019-cu ilə qədər istehsal olunmuş 12 düymlük modeli yenidən dirildə biləcəyi ilə bağlı iddialar var. Əgər o zaman bu noutbukların əsas problemi zəif “Intel” prosessorları idisə, indi “Apple”da güclü M1 və M2 var.