“Apple” şirkəti “Chase” ilə birlikdə bütün dünyada istifadəçiləri üçün kredit kartı təqdim etməyi düşünür.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin sözçüsü Mark Qurmanın fikrincə , “Apple Card”ı yenidən işə salmaq üçün “Chase” ilə birləşə bilər.
Bununla da Tim Kuk korporasiyası kartın emitenti kimi çıxış edən “Goldman Sachs” təşkilatı ilə münasibətləri dayandıracaq.
Qurman yeni kredit kartının “Apple Card” kimi təkcə ABŞ- da deyil, bütün dünyada mövcud olacağını bildirib. Mütəxəssis qeyd edib ki, birincisi, “Chase MasterCard” ödəniş sistemi ilə işləyir, ona görə də tətbiq asan şəkildə istifadə oluna biləcək.
İkincisi, “Chase2 bir bank olaraq 2Apple”ın təxminən 60 milyard dollar aktivinə sahibdir və əvvəllər “Apple Pay” xidmətinin əsas tərəfdaşlarından biri idi.
Bununla belə, Qurman vurğulayıb ki, “Chase” 60 ölkədə fəaliyyət göstərsə də, şirkət korporativ müştərilərə fokuslanıb. “Apple” kartını fiziki şəxslər üçün məhsul kimi təqdim edib.