Android 12-nin şəkilləri yayıldı-FOTO
11 fevral 2021 09:35 (UTC +04:00)

Android 12-nin şəkilləri yayıldı-FOTO

Google-ın yeni əməliyyat sistemi Android 12, bu il heç bir problem olmadığı təqdirdə rəsmi olaraq satışa təqdim ediləcək.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, virtual tədbirdə təqdim edilməsi gözlənilən Android 12-nin payız aylarında gələcəyi söylənilir.

Hər il yeni versiyaları ilə özünü təhlükəsizlik, gizlilik və dizayn baxımdan inkişaf etdirən Android, bu il on ikinci versiyası ilə texnologiya aləmində olacaq. Hər il olduğu kimi, bu il də beta versiyalı telefonlarda yerini alması gözlənilən Android (12) əməliyyat sisteminin ekran görüntüləri yayılıb.

Sızan ekran görüntüləri Android 12 əməliyyat sisteminin dizaynını açıq şəkildə göstərir. Fərqli bir interfeyslə qarşılaşayacağımız Android12-də bəzi təhlükəsizlik yenilikləri də olacaq.

# 2532
avatar

Oxşar yazılar