Alimlər Marsda son seysmik aktivliyin izlərini tapdı
26 yanvar 2022 07:18 (UTC +04:00)

Alimlər Marsda son seysmik aktivliyin izlərini tapdı

Hindistanın Əhmədabad şəhərindən olan alimləri Marsda son geoloji aktivliyə dair sübutlar aşkar ediblər. 

Lent.az xəbər verir ki, bu barədə “India Today” nəşri məlumat yayıb.

Qeyd edilib ki, Fiziki Tədqiqatlar Laboratoriyasının alimləri Marsın səthi boyunca yuvarlanan minlərlə daş izləri aşkar ediblər. Bu izlər Qırmızı Planetdə son seysmik aktivlikdən xəbər verir. 

Tədqiqat aparan Əhmədabad laboratoriyasının planetologiya elmləri üzrə dosenti, doktor S.Vidjayan vurğulayıb ki, Mars hazırda seysmik cəhətdən aktivdir: “Daş izləri 4-8 il ərzində yox olur ki, bu da onların bəzilərinin yeni olduğunu təsdiqləyir”.

Tədqiqat çərçivəsində hind alimləri NASA peykindən Elm Təcrübələri üçün Yüksək Rezolyusiyaya Sahib Kamera (HiRISE) tərəfindən 2006-2020-ci illərdə çəkilmiş şəkilləri təhlil ediblər. Ümumilikdə, ümumi uzunluğu təxminən 900 km olan böyük daşların yuvarlanmasından 4,5 min izi öyrənbilər.

Qeyd edək ki, bu, Marsda geoloji aktivliyin ilk sübutu deyil. 2018-ci ildə planetə enən “InSight” kosmik gəmisində quraşdırılmış Fransız seysmometri “SEIS” tərəfindən aparılan müşahidələrin ilk altı ayında 174 təkan qeydə alınıb. Bu, bəzi alimlərin Marsın soyuq ölü planet olması fikrinə baxmayaraq, planetin daxili hissəsinin hələ də seysmik cəhətdən aktiv olduğunu təsdiqləyib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1932
avatar

Oxşar yazılar