4 günlük iş həftəsi qrafikinə keçidlə bağlı YENİ  yardımçı
05 aprel 2023 17:29 (UTC +04:00)

4 günlük iş həftəsi qrafikinə keçidlə bağlı YENİ yardımçı

Generativ süni zəka sistemlərinin müxtəlif sahələrə tədricən inteqrasiya edilməsi 4 günlük iş həftəsini daha tez reallığa çevirə bilər.

Lent.az xəbər verir ki, İnsider saytı bu məsələni araşdıraraq mütəxəssislərin bu mövzuda arqumentlərini təqdim edib. Lakin 4 günlük iş həftəsinin reallaşacağına inanmayanlar da var. Bu cür şəxslərdən birinin sözlərinə əsasən amerikalılar o dərəcədə işə düşkündülər ki, onlar az işləməkdən imtina edəcəklər. Goldman Sachs şirkətinin analitiklərinin hesablamalarına əsasən amerikalı işçilərin 2/3 hissəsi süni zəka aləıtlərindən istifadə edərək daha məhsuldar ola bilərlər. Generativ süni zəka texnologiyalarının dünyadakı bütün bizneslərin ən azından yarısına inteqrasiyası dünyanın ümumi daxili məhsul göstəricisini 7% və ya növbəti 10 ildə təqribi olaraq 7 trilyon dollara yüksəldə bilər.

 Goldman Sachs şirkətinin bu proqnozu ABŞ bazarına əsaslanır və şirkətin fikrincə yaxın zamanda amerikalı işçilərin 2/3 hissəsi süni zəkanın, onların yerinə yetirdikləri işlərin yarısını öz üzərinə götürməsi ilə qarşılaşacaq. Bu, ilk növbədə təhsil, sosial xidmət kimi sahələri və hesablamalar ilə bağlı tapşırıqları əhatə edəcək. Kolumbiya Universitetinin biznes məktəbinin professoru Oded Netzer-in fikrincə süni zəka sahəsindəki nailiyyətlər bəzi göstəricilərə görə 2005-ci ildən zəifləməyə başlamış əmək bazarı performansını sonunda yüksəldə bilərlər. Oksforddan olan iqtisadçı Carl Benedikt Frey 4 günlük iş həftəsinə qarşı arqumentlərə sahibdir. O əmindir ki, ABŞ-dakı əmək bazarı mədəniyyətinin öz spesifik özəllikləri var.

 

    Onun sözlərinə əsasən ABŞ-dakı əmək bazarını əhatə edən işçilər avropalılardan fərqli olaraq daha çox və məhsuldar çalışırlar, o cümlədən fiziki əməyi yüksək qiymətləndirirlər. Frey-in sözlərinə əsasən məşhur iqtisadçı John Maynard Keynes hələ 1930-cu ildə proqnozlaşdırmışdı ki, əmək bazarı performansının kütləvi şəkildə yüksəlməsi öz növbəsində 15 saatlıq iş həftəsinin olacağına gətirib çıxaracaq. Frey-in fikrincə 4 günlük iş həftəsinin baş tutmamasının əsas səbəbi ondan ibarət olacaq ki, insanların çoxu asudə vaxta deyil, daha çox gəlir əldə etməyə üstünlük verir.

    Həmin insanlar yüksək gəlirin əldə ediləcəyi halda daha çox çalışmağa razıdırlar. Qeyd etmək lazımdır ki, keçən il 4 günlük iş həftəsi üzrə bəzi ölkələrdə təcrübələr aparılmışdı və həmin təcrübələrin hamısı uğurla yekunlaşmışdı. ABŞ və İrlandiyadan əldə edilmiş statistik məlumatlara əsasən 4 günlük iş həftəsi təcrübəsində iştirak etmiş 33 şirkət bu ilin yanvar ayında qeyd ediblər ki, onların gəlirləri artıb, əməkdaşlarının səhhətləri ilə rifahları isə yaxşılaşıb. Frey-in fikirlərinə baxmayaraq həmin şirkət əməkdaşları 4 günlük iş həftəsini daha çox çalışmaqdan üstün tutublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2505
avatar

Oxşar yazılar